Yer kürəsində planet miqyaslı maqnit qasırğaları qeydə alınıb.
Doğru.az xəbər verir ki, bu barədə məlumat Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (İKİ) Günəş Astronomiya Laboratoriyasının Telegram kanalında yer alıb. Qeyd olunub ki, bəzi stansiyalar artıq G2-G3 sinifli fırtınalar barədə məlumat yayıb.
Mütəxəssislərin sözlərinə görə, alimlər sentyabrın 2-də maqnit qasırğasının pik həddinə çatacağını proqnozlaşdırırlar.
Xatırladaq ki, avqustun 30-da Günəşdə enerji hasilatında kəskin sıçrayış qeydə alınmışdı.
DOĞRU.AZ