image-n1karobka_ads
image-123
image-20220822_gaf_x99_255-pic_32ratio_900x600-900x600-85615backend

ABŞ Filippin və Çin gəmilərinin ÇXR-in hərəkətləri nəticəsində toqquşduğunu bildirib

Pekinin guya təxribat xarakterli hərəkətləri ucbatından Cənubi Çin dənizində Çin Xalq Respublikası və Filippinin sahil mühafizə gəmiləri toqquşub.

TASS xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

“Birləşmiş Ştatlar martın 5-də Cənubi Çin dənizində Filippinin qanuni əməliyyatları ilə bağlı ÇXR-in təxribat xarakterli hərəkətləri fonunda müttəfiqimiz Filippinin yanındadır”.

Dövlət Departamentinin sözçüsünün sözlərinə görə, Çin gəmiləri Sierra Madredə Filippin ordusuna təchizat çatdıran Filippin gəmilərinə qarşı təhlükəli manevrlər edib və su şırnaqlarından istifadə edib. O, iddia edir ki, “bu, bir sıra toqquşmalarla nəticələnib, ən azı bir Filippin gəmisi zədələnib, filippinli personal yaralanıb və filippinli ekipaj təhlükə altında olub”.

Millerin qeyd etdiyi kimi, Vaşinqton Çinin hərəkətlərini pisləyir və Pekini “təhlükəli və sabitliyi pozan addımlardan” əl çəkməyə çağırır.

Mənbə: TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki