image-n1karobka_ads
image-123
image-upload-2024-01-11t105812z_593360725_rc2jf5a41gn6_rtrmadp_3_israel-palestinians-houthis-pic_32ratio_900x600-900x600-84582backend

ABŞ Husilərin raketlərini vurub və pilotsuz qayıqları məhv edib

Fevralın 26-da ABŞ Yəməndə husi üsyançılarına məxsus üç pilotsuz suüstü qayığı, iki gəmi əleyhinə qanadlı raketi və bir pilotsuz uçuş aparatını atəşlə məhv etdi.

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) dərc etdiyi məlumatda yazır.

Qəzza zolağında münaqişənin şiddətlənməsindən sonra Ənsar Allah hərəkatı İsrail ərazisinə zərbələr endirmək və gəmilərin Qırmızı dəniz suları və Bab əl-Məndəb boğazından keçidini əngəlləmək niyyətini açıqlayıb.

Ötən il noyabrın əvvəlindən husilər Qırmızı dəniz bölgəsində və Ədən körfəzində bir çox mülki gəmiyə hücumlar həyata keçirib.

Mənbə: CNN Türk

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki