image-n1karobka_ads
image-123
image-69561f8aae5ac944a322e55abackend

ABŞ-ın Alyaska ştatında 5,7 bal gücündə zəlzələ olub

image-ad_qayo_720x110px

ABŞ-ın Alyaska ştatında 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

Doğru.az xəbər verir ki, bu barədə Avropa–Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Ankoric şəhərindən 535 kilometr şərqdə, zəlzələ ocağı isə 9 kilometr dərinlikdə yerləşib.

Hazırda mümkün itkilər və ya dağıntılar barədə məlumat yoxdur.

Qeyd edək ki, bundan əvvəl seysmoloqlar Yaponiyanın şimal-şərqində 5,7 bal gücündə zəlzələ qeydə alıblar. Eyni zamanda Kuril adalarının şimal sahillərində də 4,0 bal gücündə yeraltı təkanlar baş verib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki