image-2000x150px
image-123
image-ads_atlas
image-106934767-1630307044267-gettyimages-1234045956-porzycki-tiktokan210718_nprxobackend

ABŞ Konqresi TikTok-u qadağan edən qanun layihəsi hazırlayıb

image-728x90px

ABŞ Konqresinin Nümayəndələr Palatasının qanunvericiləri Çinin ByteDance şirkətinə məxsus olan TikTok sosial şəbəkəsini qadağan edən qanun layihəsi hazırlayıblar.

Amerikalıları xarici təcavüzkarlar tərəfindən idarə olunan proqramlardan qorumaq üçün qanun layihəsi respublikaçı Mike Gallagher və Demokrat Raja Krishnamurthy tərəfindən dəstəklənir. Sənəd ByteDance və TikTok-u “xarici təcavüzkarlar” tərəfindən idarə olunan proqramlar kimi adlandırır.

Nəşrin məlumatına görə, qanun layihəsi Çin şirkətini TikTok-dan imtina etməyə məcbur edəcək, əks halda bu platforma ABŞ-da qadağan oluna bilər.

“Şirkət TikTok-dan imtina etməsə, onun ABŞ-da App Store və ya veb hosting platforması vasitəsilə yayılması qeyri-qanuni olacaq və hətta cari istifadəçilər arasında da onu qadağan edəcək” deyiblər.

Mənbə: CNN Türk

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki