ABŞ hakimiyyəti Rusiyada olan vətəndaşlarına ölkəni təcili şəkildə tərk etməklə bağlı çağırış edib.
Doğru.az xəbər verir ki, bu barədə Fox News telekanalı məlumat yayıb.
Məlumatda bildirilir ki, müvafiq tövsiyə ABŞ hökuməti tərəfindən rəsmi şəkildə açıqlanıb. Qeyd olunub ki, Moskvadakı ABŞ səfirliyində işçi sayının azaldılmasından sonra amerikalı diplomatların Rusiyada yaşayan vətəndaşlara yardım imkanları ciddi şəkildə məhdudlaşıb.
Xatırladaq ki, Rusiyanın Nyu-Yorkdakı baş konsulu Aleksey Markov daha əvvəl bəyan etmişdi ki, ABŞ-da yeni administrasiyanın hakimiyyətə gəlməsinə baxmayaraq, rusiyalı diplomatların vəziyyətində köklü dəyişiklik baş verməyib.
DOĞRU.AZ




























