image-n1karobka_ads
image-123
image-6940dd4aae5ac95ced3cbc62backend

ABŞ Sakit okeanda narkotik daşıdığı iddia edilən gəmilərə zərbə endirib: ölənlər var

image-ad_qayo_720x110px

ABŞ Silahlı Qüvvələri Pentaqonun katibi Pit Heqsetin əmri ilə Sakit okeanda beynəlxalq sularda narkotik daşıdığı iddia edilən üç gəmiyə zərbə endirib.

Doğru.az xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığının mətbuat xidməti məlumat yayıb. Açıqlamada bildirilib ki, kəşfiyyat məlumatları gəmilərin məlum sahil xətləri boyunca hərəkət etdiyini təsdiqləyib.

Zərbələr nəticəsində səkkiz nəfərin həlak olduğu qeyd olunur. Hadisə ilə bağlı əlavə detallar açıqlanmayıb.

Xatırladaq ki, daha əvvəl ABŞ mediasında Pit Heqsetin Karib dənizində narkotik daşıyan gəmidə olan “hamının məhv edilməsi” barədə əmr verdiyi iddiaları yayılmışdı. Bu məlumatlardan sonra ABŞ rəsmiləri tərəfindən araşdırma başladılmışdı.

Bu arada, Reuters agentliyi ABŞ-ın Venesuela sahilləri yaxınlığında daha bir neçə tankeri ələ keçirməyi planlaşdırdığını da bildirib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki