Ağ Evin mətbuat katibi Carolyn Levitt bildirib ki, ABŞ Ukraynaya daha sonra çatdırılması üçün NATO ölkələrinə silah satmağa davam edəcək.
Doğru.az xəbər verir ki, onun sözlərinə görə, “Prezident aydın şəkildə bildirdi ki, biz NATO-ya silah satmağa davam edəcəyik ki, NATO Ukraynaya bu silahları verə bilsin”.
Qeyd edək ki, ABŞ-ın vitse-prezidenti J.D. Vens daha əvvəl Ukraynaya NATO-nun “Tomaqavk” raketlərinin tədarükü imkanlarının müzakirə edildiyini açıqlamışdı.
Bundan başqa, Teleqraf qəzeti yazıb ki, Vladimir Zelenski ABŞ prezidenti Donald Trampdan uzaq məsafəli hədəfləri vurmaq üçün nəzərdə tutulan “Tomaqavk” raketlərinin Ukrayna ordusuna verilməsini istəyib. Lakin Axios portalı Trampın bu tələbi rədd etdiyini bildirib.
DOĞRU.AZ