Bernd Lange ABŞ-ın Avropa İttifaqı (Aİ) avtomobillərinə qarşı planlaşdırdığı yeni gömrük rüsumlarını kəskin şəkildə tənqid edib.
Doğru.az xəbər verir ki, Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsinin rəhbəri sosial şəbəkə platforması X-də paylaşım edərək bu addımı “qəbuledilməz” adlandırıb. O bildirib ki, Donald Trumpın Aİ avtomobillərinə 25% tarif tətbiq etmək planı mövcud ticarət qaydalarına ziddir və Vaşinqtonun öhdəliklərini pozduğunu göstərir.
Mayın 1-də Tramp ABŞ-ın gələn həftədən etibarən Avropa İttifaqıdan idxal olunan minik və yük avtomobillərinə tətbiq edilən tariflərin 25%-ə qədər artırılacağını elan etmişdi.
DOĞRU.AZ

























