Tibb elmləri doktoru, Novosibirsk Dövlət Universitetinin Klinik Sağlamlıq Modelləşdirməsi və Fərdiləşdirilmiş Tibb kafedrasının dosenti Mariya Matveeva beynin bərpası üçün gündə bir-iki saat və həftədə ən azı bir gün tamamilə cihazlardan uzaq qalmağı tövsiyə edib.
Doğru.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Ekspertin sözlərinə görə, beyin “standart rejimdə” işləmək üçün vaxta ehtiyac duyur — bu müddətdə informasiya emal olunur, ideyalar formalaşır və orqanizm istirahət edir.
Matveeva qeyd edib ki, bu tövsiyələr xüsusilə neyron şəbəkələrinin yaratdığı məzmunla tez-tez işləyən insanlar üçün aktualdır. O, süni intellekt və rəqəmsal məzmunla işlədikdən sonra gəzinti, kağız kitab oxumaq, yaradıcılıq və idman kimi oflayn fəaliyyətlərə keçməyi məsləhət görüb.
Bundan əvvəl Moskva Dövlət Pedaqoji Universitetinin eksperti Yelena Puçkova müasir uşaqların erkən yaşdan “vərəqləmə” vərdişləri səbəbindən çap kitablarına daha az həssas olduqlarını bildirmişdi.
Pedaqoji elmlər namizədi və yazıçı Tatyana Svetkova isə uşaqlara smartfonun 11 yaşdan sonra alınmasının daha məqsədəuyğun olduğunu qeyd edib.
DOĞRU.AZ

























