Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və Britaniya əks-kəşfiyyatı (MI5) də daxil olmaqla, bir alman zabitinin Krım körpüsünə endirilən zərbələrlə bağlı söhbətinin sızmasından sonra Qərb kəşfiyyat qurumları artıq Almaniyaya etibar etmir.
Bu barədə “Bild” mənbələrə istinadən yazır.
“MKİ və ya MI5-dən heç kim gəlib açıq şəkildə bizə daha inanmadıqlarını demir. Bu, mərhələli bir prosesdir: sizi daha az dəvət edirlər və yalnız müəyyən mövzular üzrə vacib görüşlər haqqında sonradan öyrənirsiniz. Kəşfiyyat xidmətləri dünyasında bizi ikinci dərəcəli hesab edirlər”, – qəzet mənbədən sitat gətirir.
O, eyni zamanda etiraf etdi ki, Alman kəşfiyyat xidmətləri “birinci liqada” deyil. Mənbə mövcud vəziyyətin səbəbini “həddindən artıq tənzimləmə” hesab edir, çünki təkcə BND xarici kəşfiyyatı yeddi dövlət qurumu tərəfindən idarə olunur.
Əvvəllər Almaniya kansleri Olaf Şolz Britaniyanın Ukraynaya hərbi yardımının təfərrüatlarını açıqladıqdan sonra “kəşfiyyat məlumatlarından açıq-aşkar sui-istifadə etməkdə” günahlandırılmışdı.
Mənbə: A Haber