image-n1karobka_ads
image-123
image-68ed9f4dae5ac914a47eb241backend

Almaniya tarixi Qəzza sammitində heç bir rol oynamır

image-ad_qayo_720x110px

Misirin Şarm əl-Şeyx şəhərində keçirilən tarixi Qəzza sammitində Almaniyanın heç bir rol oynamadığı bildirilir. Bu barədə məlumatı Berliner Zeitung qəzeti yayıb.

Doğru.az xəbər verir ki, nəşrin yazdığına görə, bu vəziyyət ilk növbədə Almaniyanın keçmiş xarici işlər naziri Annalena Baerbock və kansler Fridrix Merzin Qəzza zolağındakı münaqişə ilə bağlı siyasətinin nəticəsidir.

Məqalədə qeyd olunur ki, Almaniya təkcə ərəb dünyasında deyil, həm də qlobal Cənub ölkələri arasında təsirini itirib. Qəzet Baerbock və Merzdən əlavə, keçmiş kansler Olaf Scholz-u da məsuliyyət daşıyan fiqurlar sırasında göstərib.

 “Almaniya Yaxın Şərq münaqişəsində müstəqil, aktiv və cəsarətli rol oynamamağı seçdi”, – nəşr vurğulayıb.

Bildirilib ki, Fridrix Merz sammit çərçivəsində ABŞ hakimiyyətini Donald Tramp administrasiyasının Yaxın Şərqdəki uğurları fonunda Ukraynaya dəstəyini artırmağa çağırıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki