image-n1karobka_ads
image-123
image-ria_2426854-pic_32ratio_900x600-900x600-10138backend

Almaniyada qaçqın kimi müavinət alan “saxta ukraynalılar” müəyyən edilib

Almaniyada AB pasportu olan və hələ də ukraynalı qaçqın kimi müavinət alan insanlara qarşı minlərlə sosial fırıldaqçılıq halı araşdırılır.

Bu barədə Almaniyanın Welt nəşri məlumat yayıb.

Söhbət həm Avropa İttifaqı ölkələrindən birinin pasportu, həm də Ukrayna pasportu olan şəxslərdən gedir. Almaniyaya daxil olarkən sosial xidmətlərə yalnız Ukrayna pasportunu təqdim ediblər və heç bir hüququ olmayan qaçqın kimi müavinətlər alıblar.

Focus, öz növbəsində, Baden-Vürtemberq bölgəsində səlahiyyətlilərin araşdırma apardığını, özünü müharibə qaçqınları kimi təqdim edən, lakin əslində Macarıstan və ya Rumıniyadan gələn “saxta” ukraynalıların sayını müəyyən etməyə çalışdığını bildirir.

“Bu hiylə diqqəti ona görə çəkdi ki, bu güman edilən müharibə qaçqınlarından bəziləri hətta ukrayna dilini belə bilmirdilər”, – nəşr yazır.

Mənbə: A haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki