image-2000x150px
image-123
image-ads_atlas
image-messibackend

Amerika klubu Messiyə 200 milyon dollarlıq müqavilə təklif edib

image-728x90px

Amerikanın “İnter Mayami” klubu “Paris Sen-Jermen”in hücumçusu Lionel Messiyə təklif edib.

Bu barədə Sport.es məlumat yayıb.

Mənbənin məlumatına görə, “İnter Mayami” hesab edir ki, argentinalı Mayamidə evi olduğu üçün onu transferə razı salmaq olar. Bundan başqa, amerikalılar yarımmüdafiəçi Serxio Busketslə də müqavilə imzalamaq istəyirlər. “İnter” Messiyə mövsüm başına 50 milyon dollar maaşla 4 mövsümlük müqavilə təklif edib.

İyunun 1-də PSJ-nin baş məşqçisi Kristof Qaltye demişdi ki, “Klermont”la qarşılaşma 35 yaşlı hücumçu üçün “Park des Princes”də sonuncu olacaq. Bu, Messiin klubdan getməsinin təsdiqi kimi qiymətləndirilib. Lakin sonradan Paris klubu məşqçinin kifayət qədər dəqiq olmadığını bildirib – əslində söhbət cari mövsümün son oyunundan gedirdi.

Mənbə: NTV Spor

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki