image-ads_n1karobka_mobile
image-1-pic_32ratio_900x600-900x600-2550backend

Ançelottinin “Real”dan ayrılmaq qərarı məlum olub

Madridin “Real” futbol klubunun baş məşqçisi Karlo Ançelottinin postunu tərk etmək qərarına gəlindiyi məlum olub.

Bu barədə Globo məlumat yayıb.

Nəşrin məlumatına görə, 2023-cü ilin yanvarında 64 yaşlı italiyalı “qaymaqlılar”ın rəhbərliyinə müqavilənin müddətini uzatmaq variantından istifadə etməyəcəyini bildirəcək.

Qeyd olunur ki, 2023/2024 mövsümünün sonunda mütəxəssis Braziliya millisinə rəhbərlik edəcək. O, artıq İspaniyada Braziliya Futbol Konfederasiyasının prezidenti Ednaldo Rodrigeslə görüşlər keçirib.

Ançelotti 2021-ci ildən “Real Madrid”də çıxış edir. Bu müddət ərzində o, İspaniya çempionatında komandanı qələbəyə aparmağı bacarıb, ölkə kubokunu və Çempionlar Liqasını qazanıb. O, daha əvvəl 2013-2015-ci illərdə klubda çalışıb.

Mənbə: NTV Spor


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki