image-2000x150px
image-123
image-ads_atlas
image-17193046444506913904_1200x630backend

Aqrar sığorta eksperti olmaq istəyənlər üçün növbəti təlimlər başlayır

image-728x90px

Aqrar Sığorta Fondu aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün növbəti təlimlərə başlayır.

Kənd Təsərrüfatı Nazirliyindən Doğru.az-a bildirilib ki, təlimlərdə iştirak etmək istəyən namizədlərin sənədlərinin qəbulu iyunun 24-dən iyulun 27-dək aparılacaq.

Müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün təlimlər 2024-cü ilin 5-18 avqust tarixlərində keçiriləcək. Təlimlər Aqrar Sığorta Fondunun inzibati binasında Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 175 ünvanında keçiriləcək.

Qeyd edək ki, təlimlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanının keçirilməsi Qaydası”na əsasən keçirilir. Təlimlər aşağıdakı növ sertifikatların verilməsi üçün müstəqil ekspert olmaq istəyən şəxslərin Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək imtahanlara buraxılması üçün təşkil olunur:

1. Kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının (çoxillik əkmələr də daxil olmaqla) sığortası üzrə müstəqil ekspert sertifikatı;

2. Kənd təsərrüfatı heyvanlarının və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə müstəqil ekspert sertifikatı;

3. Akvakultura məhsullarının sığortası üzrə müstəqil ekspert sertifikatı.

İmtahanda aşağıdakı ixtisaslar üzrə ali, orta ixtisas və ya peşə təhsilli şəxslər iştirak edə bilərlər:

1-ci sertifikat növü (bitkiçilik) üzrə

peşə təhsili üzrə ixtisaslar – üzüm ustası, tərəvəz ustası, meyvə-tərəvəz ustası, bitki mühafizəsi ustası, tütün ustası, maya göbələyi yetişdirən usta, gülbecərən usta, çaybecərən usta, efir yağlı bitkilər mütəxəssisi, çəltikçi, pambıqçı, baramaçı, bağban, yaşıl təsərrüfatı fəhləsi

orta ixtisas təhsili üzrə ixtisaslar – şərabçılıq və qıcqırtma istehsalatının texnologiyası, taxıl və taxıl məhsullarının texnologiyası, aqrar (fermer) təsərrüfatının təşkili, aqronomluq, aqroturizm, bağçılıq və tərəvəzçilik, hidromeliorasiya və torpaq mühafizəsi, istixana təsərrüfatı, meşə və park, pambıqçılıq, ipəkçilik

ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisaslar – biologiya, biotexnologiya, aqromühəndislik, aqronomluq, bağçılıq və tərəvəzçilik, bitki mühafizəsi, meşəçilik, şərabçılıq, torpaqşünaslıq və aqrokimya, coğrafiya, ekologiya, geologiya, qida mühəndisliyi

ali təhsilin magistratura səviyyəsi üzrə ixtisaslar – biologiya, coğrafiya, hidrometeorologiya, geologiya, ekologiya, qida məhsulları mühəndisliyi, torpaqşünaslıq və aqrokimya, aqronomluq, yer quruluşu, torpaq və şəhər kadastrı, aqromühəndislik, meşəçilik

2-ci sertifikat növü (heyvandarlıq) üzrə

peşə təhsili üzrə ixtisaslar – heyvandarlıq kompleksləri və mexanikləşdirilmiş fermaların mexanizatoru, elektrik montyoru, heyvandarlıq kompleksləri və mexanikləşdirilmiş fermaların operatoru, heyvanlarda süni mayalanma üzrə texnik, mexanikləşdirilmiş heyvandarlıq fermalarının və komplekslərin mexanizatoru və elektrik montyoru, maşınla sağım operatoru, quşçuluq fabriklərinin və mexanikləşdirilmiş fermaların operatoru, arıçı

orta ixtisas təhsili üzrə ixtisaslar – süd və süd məhsullarının texnologiyası, baytarlıq, zootexniklik

ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisaslar – baytarlıq təbabəti, zoomühəndislik

ali təhsilin magistratura səviyyəsi üzrə ixtisaslar – zootexniklik, baytarlıq

3-cü sertifikat növü (akvakultura) üzrə

orta ixtisas təhsili üzrə ixtisaslar – su bioehtiyatları və akvakultura, balıq və balıq məhsullarının texnologiyası

ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisaslar – balıqçılıq, su bioehtiyatları və akvakultura, biologiya

ali təhsilin magistratura səviyyəsi üzrə ixtisaslar – balıqçılıq və balıqçılıq təsərrüfatı işi, su bioehtiyatları və akvabitkiləri, biologiya

Qeyd 1: Peşə təhsili olan namizədlərin namizədliyinin qeydə alınması üçün müvafiq sahə üzrə 5 (beş) ildən az olmayaraq iş təcrübəsinə malik olmaları tələb olunur.

Qeyd 2: Bu siyahıda qeyd edilmiş ixtisaslara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda həmin ixtisaslara aid bütün ixtisaslaşmalar daxildir.

Təlimdə iştirak etmək istəyən namizədlər aşağıdakı sənədləri Aqrar Sığorta Fonduna təqdim etməlidirlər:

1) şəxsiyyətini təsdiq edən sənədin surəti;

2) yuxarıda qeyd edilmiş ixtisaslardan hər hansı birinə malik olmasını təsdiq edən sənədin (diplom və ya onu əvəz edən sənəd) surəti;

3) peşə təhsilli namizədlərə münasibətdə müvafiq sahə üzrə 5 (beş) ildən az olmayan iş təcrübəsinin olmasını təsdiq edən sənədin surəti;

4) xarici ölkədə ali təhsil aldıqda Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən verilən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını təsdiq edən sənədin surəti;

5) ödəniş edilməsini təsdiq edən sənəd.

Təlimlər ödənişlidir və təlimdə iştirak haqqı 20,00 AZN (ƏDV daxil olmaqla) təşkil edir. Namizədlər aşağıdakı bank rekvizitləri vasitəsilə təlimdə iştirak üçün tələb olunan pul vəsaitini ödəyə bilərlər:

ASF VÖEN: 2006034771

Hesab: AZ58AIIB38060019440801826103

Kapital Bank ASC Yasamal filalı

Kodu: 200037

VÖEN: 9900003611

Müxbir hesab: AZ37NABZ01350100000000001944

SWİFT BİK: AIIBAZ2XXXX

Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları üzrə ekspert-namizədlər üçün təlimdə iştirak mütləqdir və təlimi müvəffəqiyyətlə başa vurmayan şəxslər Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert imtahanlarında iştirak edə bilməzlər. Təlimi müvəffəqiyyətlə başa vurmuş şəxslərin siyahısı və təqdim edilmiş sənədlər namizədlərin aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert imtahanlarına cəlb olunması üçün Aqrar Sığorta Fondu tərəfindən Dövlət İmtahan Mərkəzinə göndərilir.

Təlimlərin təşkili və keçirilməsi ilə bağlı əlavə məlumat almaq üçün 1651 Çağrı Mərkəzi (və ya 055 251 10 29 nömrəsi) ilə əlaqə saxlamaq, məlumatları “info@asf.gov.az” elektron poçt ünvanına göndərmək lazımdır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki