image-2000x150px
image-123
image-ads_atlas
image-17188978736026656042_1200x630backend

Aqrar Xidmətlər Agentliyinin sədri Yardımlıda vətəndaşların müraciətlərini dinləyib

image-728x90px

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir. Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Sərdar Hacıyev Yardımlı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında rayon sakinlərinin müraciətlərini dinləyib, onların ərizə və şikayətlərinə baxıb.

Agentlikdən Doğru.az-a bildirilib ki, qəbulda vətəndaşların müraciətləri əsasən işlə təmin olunma, güzəştli şərtlərlə kreditin alınması, sığorta ödənişi, subartezian quyusunun qazılması, subsidiyanın alınmasına kömək göstərilməsi və digər məsələlərlə bağlı olub. AXA sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Sərdar Hacıyev vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Vətəndaş qəbulu başa çatdıqdan sonra yerli təsərrüfatlara baxış keçirilib. Agentlik sədri Yardımlı rayonunun Deman kəndi ərazisində yerləşən müxtəlif kartof sortları əkilmiş sahələrə baş çəkib, mövsümi aqrotexniki qulluq tədbirləri ilə maraqlanıb, aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətli həyata keçirilməsi üçün AXA-nın göstərdiyi xidmətlər barədə məlumat verib.

DOĞRU.AZ

image-17188978733196654636_1200x630 image-1718897873347292015_1200x630 image-17188978731303233360_1200x630 image-1718897873907965248_1200x630 image-17188978733073013024_1200x630 image-17188978735203740716_1200x630 image-1718897873111260232_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki