image-n1karobka_ads
image-123
image-17446348456387043205_1200x630backend

“Aqroservis”in İdarə Heyətinin sədri Lənkəranda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib – FOTO

image-ad_qayo_720x110px

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov aprelin 11-də Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında bu rayondan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Doğru.az-a bildirilib ki, qəbul zamanı vətəndaşların müraciətləri əsasən işə qəbul, gübrə ilə təminat, kəndlərdə səyyar satış xidmətinin təşkili, rayonun ucqar kəndlərinə kombaynların ayrılması və digər məsələlərlə bağlı olub.

İdarə Heyətinin sədri Mehman Veysəlov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verib. Bəzi müraciətlər yerindəcə həllini tapıb, bir sıra məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Vətəndaşlarla görüş zamanı Mehman Veysəlov Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların bu sahədə çalışanların rifah halının yaxşılaşdırılması və ölkə üzrə kənd təsərrüfatının ümumi inkişafına mühüm təkan verdiyini vurğulayıb.

Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Sonra Mehman Veysəlov rayonda salınmış intensiv bağlara və çiyələk plantasiyalarına baş çəkib, aparılan aqrotexniki tədbirlərlə tanış olub. Fermerlərlə görüşdə kənd təsərrüfatı texnikaları və suvarma sistemlərinə görə dövlət dəstəyi mexanizmləri, həmçinin ölkədə kənd təsərrüfatının inkişafına yönəlmiş tədbirlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

DOĞRU.AZ

image-17446348452725958235_1200x630 image-17446348453502537718_1200x630 image-17446348455971913873_1200x630 image-17446348455918550765_1200x630 image-1744634845934536826_1200x630 image-17446348456269452304_1200x630 image-17446348451181351012_1200x630 image-17446348454225361064_1200x630 image-1744634845926958763_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki