image-2000x150px
image-123
image-ads_atlas
image-17183778271249049054_1200x630backend

“Aqroservis”in sədri Ucarda vətəndaşlarla görüşüb – FOTO

image-728x90px

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov Ucar Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Ucar və Ağdaş rayonlarından olan vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Kənd Təsərrüfatı Nazirliyindən Doğru.az-a bildirilib ki, görüşdə vətəndaşların müraciətləri əsasən kombaynla təmin olunma, soyuducu anbar tikintisinə köməklik göstərilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı olub.

“Aqroservis” sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

“Aqroservis” sədri vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb.

DOĞRU.AZ

image-17183778271820730074_1200x630 image-17183778275653049589_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki