image-n1karobka_ads
image-123
image-alex-pic_32ratio_900x600-900x600-41162backend

Argentinalı futbolçu “Liverpul”a keçib

image-ad_qayo_720x110px

Premyer Liqa klubu “Liverpul” “Brighton”un yarımmüdafiəçisi Aleksis Mak Allisteri transfer edib.

Qol.Az-ın “mersisaydlılar”ın rəsmi saytına istinadən yaydığı xəbərə görə, 24 yaşlı argentinalı tibbi müayinədən keçib və şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Klub müqavilənin dəqiq şərtlərini açıqlamasa da, bunun uzunmüddətli xarakter daşıdığını qeyd edib.

“Mənim arzum gerçəkləşdi. Klubda oynamağa başlamaq üçün səbirsizlənirəm. Komanda yoldaşlarımla görüşməyi səbirsizliklə gözləyirəm”, – Mac Allister transferindən duyduğu duyğuları bölüşüb.

24 yaşlı yarımmüdafiəçi 2019-cu ildə “Argentinos Juniors”dan “Brighton”a keçib. O, İngiltərə klubunun heyətində 75 oyuna çıxıb, 10 qol vurub.

Mak Allister Argentina ilə 2022 Dünya Çempionudur.

Mənbə: NTV Spor

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki