image-2000x150px
image-123
image-ads_atlas
image-frabackend

AVRO-2024: Fransa səfərdə, Niderland evdə qalib gəldi – VİDEO

image-728x90px
AVRO-2024-ün seçmə mərhələsində II turun növbəti oyunları keçirilib.

 F qrupunda yer alan Azərbaycan yığması İsveçin qonağı olub. Matç meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Qrupun digər oyununda Avstriya Estoniyanı qəbul edib. Bu görüşdə də meydan sahibləri qalib gəlib – 2:1.

İlk turda Fransaya 0:4 hesabıyla uduzan Niderland bu raundda Cəbəllütariqi sınağa çəkib. “Narıncılar” üç xalı üç cavabsız qolla qazanıblar. Niderlandın qollarına Memfis Depay və Natan Ake (2) imza atıblar.

Fransa İrlandiya ilə üz-üzə gəlib. “Xoruzlar” minimal hesablı qələbəyə seviniblər. Yeganə qolu Benjamen Pavar vurub.

AVRO-2024
Seçmə mərhələ, II tur

27 mart

B qrupu

Niderland – Cəbəllütariq – 3:0
Qollar:
 Depay, 23, Ake, 50, 83

İrlandiya – Fransa – 0:1
Qollar: 
Pavar, 50

E qrupu

Polşa – Albaniya – 1:0
Qol:
 Sviderski, 41

Moldova – Çexiya – 0:0

F qrupu

İsveç – Azərbaycan – 5:0
Qollar:
 Forsberq, 38, Bəhlul Mustafazadə, 65 (öz qapısına), Qyokeres, 79, Karlson, 88, Elanqa, 89

Avstriya – Estoniya – 2:1
Qollar:
 Kaynts, 68, Qreqoritş, 87 – Sappinen, 25

G qrupu

Macarıstan – Bolqarıstan – 3:0
Qollar:
 Veçsey, 7, Soboslay, 26, Adam, 39

Monteneqro – Serbiya – 0:2
Qollar: 
Vlahoviç, 78, 90+6

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki