Avropa Komissiyasının (AK) sədri Ursula von der Leyen, Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirin Ukraynaya hərbi texnika almaq üçün istifadə edilməsi barədə danışmağa başlamağın “vaxtının yetişdiyini” söyləyib.
Avropa Parlamenti qarşısında çıxış edərkən o, “daha böyük müharibə” riskinə hazırlaşmağın zəruriliyinə diqqət çəkib və mərmi istehsalını artırmağa çağırıb.
Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ukraynaya “lazım olduğu qədər” kömək edəcəyinə söz vermişdi. Onun sözlərinə görə, söhbət həm də Ukrayna Silahlı Qüvvələrinə daha çox mərmi və texnikanın ötürülməsindən gedir. Regional birlik Ukraynanın müdafiə sənayesinə daha çox sərmayə qoymağı və onun əsgər və zabitləri üçün daha çox təlim təşkil etməyi planlaşdırır.
Mənbə: Sputnik