Avropada təbii qazın birja qiyməti yenidən 1 min kubmetr üçün 400 dollar həddini keçib.
Bunu ICE birjasında ticarət məlumatları sübut edir.
Hollandiyadakı TTF qovşağında iyun fyuçerslərinin qiyməti 1 min kubmetr üçün təxminən 401 dollar və ya MVt/saat üçün 35,76 avroya (+4,46) qalxıb. Bu, 27 dekabr 2023-cü il tarixindən etibarən maksimum tarif səviyyəsidir.
Mənbə: Bloomberg