image-n1karobka_ads
image-123
image-fotojet-2023-05-21t113229-864backend

Avropada günün maraqlı futbol qarşılaşmaları: Çempionatların son akkordları – AFİŞA

image-ad_qayo_720x110px

Bu gün Avropanın yaşıl meydanlarında bir sıra maraqlı futbol matçları keçiriləcək.

DOĞRU.AZ Oxu.Az –a istinadənxəbər verir ki, İngiltərə Premyer Liqasında çempionluğu rəsmiləşən “Mançester Siti” “Çelsi”ni qonaq edəcək. Matç saat 19:00-da (Bütün oyunların saatı Bakı vaxtı ilə göstərilib – red.) start götürəcək.

Fransa Liqa 1-də bu gün çempion müəyyənləşə bilər.

“Lans” səfərdə “Loryan”a uduzacağı təqdirdə PSJ “Oser”lə matçda bir xal qazana bilsə, mövsümün qalibi olacaq.

“Lans” heç-heçə edərsə, bu zaman qələbə PSJ-ni çempion edəcək.

Almaniya Bundesliqasında lider dəyişə bilər. “Bavariya”nın dünən “Leypsiq”ə məğlubiyyətindən sonra Dortmund “Borussiya”sı üçün zirvəni ələ keçirmək fürsəti yaranıb. Edin Terziçin komandası saat 19:30-da start götürəcək oyunda “Auqsburq”u yensə, son tura “Bavariya”dan iki xal üstün yollanacaq.

İtaliya A Seriyasında çempion “Napoli” “İnter”i qəbul edəcək.

Görüş saat 20:00-da başlayacaq. Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan

“Latsio” isə “Udineze”nin qonağı olacaq. İspaniya La Liqasında ikincilik uğrunda yarışan komandalar meydana çıxacaqlar.

“Atletiko” saat 18:15-də “Osasuna”nı sınağa çəkəcək.

Saat 20:30-da isə “Real Madrid” “Valensiya”nın qonağı olacaq. Hazırda “kral klubu” 71 xalla 2-ci, “hindular” 69 xalla 3-cüdür.

Avropada günün maraqlı futbol matçları 21 may İngiltərə Premyer Liqası

19:00. “Mançester Siti” – “Çelsi”

Fransa Liqa 1

19:05. “Loryan” – “Lans”

22:45. “Oser” – PSJ

Almaniya Bundesliqası

19:30.

“Auqsburq” – “Borussiya” (Dortmund)

İtaliya A Seriyası

20:00. “Napoli” – “İnter”

22:45. “Udineze” – “Latsio”

İspaniya La Liqası

18:15. “Atletiko” – “Osasuna”

20:30. “Valensiya” – “Real Madrid”

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki