image-2000x150px
image-123
image-ads_atlas
image-1712736916387947548_1200x630backend

AZAL may ayından Qroznıya müntəzəm reyslərə başlayır

image-728x90px

Azərbaycanın milli aviadaşıyıcısı AZAL marşrut şəbəkəsini genişləndirməyə davam edir. Aviaşirkət mayın 8-dən etibarən Bakıdan Rusiyanın daha bir şəhərinə – Qroznıya müntəzəm reyslər yerinə yetirməyə başlayacaq.

AZAL-dan Doğru.az-a bildirilib ki, Bakıdan Qroznı şəhərinə və əks istiqamətdə uçuşlar həftədə iki dəfə – çərşənbə və bazar günləri həyata keçiriləcək.

Qroznı zəngin mədəni irsi ilə səyahətçiləri cəlb edir. Yeni marşrutun açılması sərnişinlərə yeni səyahət və işgüzar səfər imkanları təqdim edərək iki şəhər arasındakı əlaqələri gücləndirəcək.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki