Qazaxıstan Nəqliyyat Nazirliyi Aktau yaxınlığında qəzaya uğrayan AZAL təyyarəsinin uçuş məlumatları qeyd cihazlarının deşifrəsini həyata keçirib.
Doğru.az xəbər verir ki, TASS məlumatına görə, “Uçuş qeyd cihazları ilə iş aparılıb: uçuş parametrləri uçuş məlumatları qeyd cihazından (FDR) çıxarılıb, müəyyən edilib və deşifrə edilib, həmçinin kabinə səs qeyd cihazı (CVR) də deşifrə edilib”.
Rusiya prezidenti Vladimir Putin bildirib ki, 2024-cü il dekabrın 25-də Aktau şəhəri yaxınlığında qəzaya uğrayan Azərbaycan aviaşirkəti AZAL-a məxsus Embraer 190 təyyarəsi çox güman ki, hava hücumundan müdafiə raketlərinin döyüş başlıqları ilə deyil, qırıntılarla vurulub.
Putin qeyd edib ki, Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən atılan iki raket AZAL təyyarəsinə birbaşa dəyməyib, bir neçə metr aralıda partlayıb.
DOĞRU.AZ




























