image-n1karobka_ads
image-123
image-17444488634624436508_1200x630backend

Azərbaycan Astanada II Mərkəzi Asiya Media Forumunda təmsil olunacaq

image-ad_qayo_720x110px

Aprelin 16-17-də Astanada II Mərkəzi Asiya Media Forumu keçiriləcək.

AZƏRTAC Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, tədbirdə Qazaxıstan, Azərbaycan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Böyük Britaniya, Çin, Qətər, Rusiya və digər ölkələrin media rəhbərləri və ekspertləri iştirak edəcəklər.

Media forumun panel sessiyalarında iki gün ərzində Mərkəzi Asiya dövlətlərinin mediası arasında yeni inkişaf nöqtələri və əməkdaşlıq imkanları, qlobal medianın inkişafı, gələcəyin informasiya landşaftının formalaşması, süni intellekt və məlumat axını dövründə medianın rəqəmsal transformasiyası, sosial şəbəkələrin ölkənin imicinin təbliğində rolu müzakirə olunacaq.

Tədbirdə 500-dən çox iştirakçı (Qazaxıstan və xarici media rəhbərləri, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının mətbuat xidmətlərinin əməkdaşları, universitet tələbələri, nüfuzlu şəxslər, media ekspertləri və s.) iştirak edəcəklər. Onlar üçün aparıcı mütəxəssislərdən ustad dərsləri təşkil olunacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki