image-2000x150px
image-123
image-ads_atlas
image-d9df83cc-9613-321c-b483-773c0d14215f_850backend

Azərbaycan Kubokunda ikinci finalçı müəyyənləşir

image-728x90px

Bu gün futbol üzrə Azərbaycan Kubokunda ikinci finalçı müəyyənləşəcək.

Doğru.az-ın məlumatına görə, yarımfinalın cavab oyununda “Qəbələ” “ASCO Arena”da “Səbail”in qonağı olacaq.

Əyalətdə keçirilmiş ilk görüşdə “qırmızı-qaralar” 3:2 hesablı qələbəyə seviniblər. Elmar Baxşıyevin baş məşqçisi olduğu komandaya finala yüksəlmək üçün heç-heçə də kifayət edəcək. “Dənizçilər” isə mütləq qalib gəlməlidirlər.

Bu cütün güclüsü finalda “Neftçi”yə rəqib olacaq.

Azərbaycan Kuboku

Yarımfinal, cavab oyunları

27 aprel

20:00. “Səbail” – “Qəbələ”

İlk oyun – 2:3

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Seymur Səlimli

“ASCO Arena”.

Qeyd edək ki, ölkə kubokunun final oyunu iyunun 3-də “Bakcell Arena”da keçiriləcək.

DOĞRU.AZ
image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki