Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.
Azərbaycan neftinin bir barelinin qiyməti 0,8 ABŞ dolları və ya 0,92% artaraq 87,4 ABŞ dollarına yüksəlib.
Xatırladaq ki, Azərbaycanın 2024-cü ilin dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
DOĞRU.AZ