Dünya bazarlarında Azərbaycan neftinin qiymətində artım qeydə alınıb.
Doğru.az xəbər verir ki, “Azeri Light” markalı xam neftin bir bareli 1,07 dollar və ya 1,61% bahalaşaraq 67,72 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də – 15,81 dollar, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda – 149,66 dollar olub.
DOĞRU.AZ