Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.
Azərbaycan neftinin bir barelinin qiyməti 2,75 ABŞ dolları, yaxud 3,4% artaraq 83,45 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycanın 2024-cü ilin dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
DOĞRU.AZ