Dünya bazarında Azərbaycan neftinin qiyməti artmaqda davam edir.
Doğru.az xəbər verir ki, “Azeri Light” markalı xam neftin bir bareli 0,31 dollar və ya 0,43 faiz bahalaşaraq 72,67 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də – pandemiyanın pik dövründə 15,81 dollar olmuşdu. Ən yüksək göstərici isə 2008-ci ilin iyul ayında 149,66 dollarla qeydə alınıb.
DOĞRU.AZ