image-n1karobka_ads
image-123
image-qebele-zirebackend

Azərbaycan Premyer Liqası: “Qəbələ” “Zirə”ni qəbul edir – AFİŞA

image-ad_qayo_720x110px

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX tura start veriləcək.

Açılış oyununda “Qəbələ” “Zirə”ni qəbul edəcək. Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 17:00-da start götürəcək.

Hazırda bölgə təmsilçisi 36 xalla 5-ci, Bakı klubu isə 38 xalla 4-cü pillədə qərarlaşıb.

Turun “Səbail” – “Sabah” və “Sumqayıt” – “Neftçi” oyunları aprelin 8-də, “Turan Tovuz” – “Şamaxı” və “Qarabağ” – “Kəpəz” matçları isə aprelin 9-da olacaq.

Azərbaycan Premyer Liqası
XXIX tur
7 aprel (cümə)

17:00. “Qəbələ” – “Zirə”

Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Fərid Hacıyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Qəbələ şəhər stadionu.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki