image-n1karobka_ads
image-123
image-1763709120696054113_1200x630backend

Azərbaycan Prezidenti: Qlobal böhranlar və çətinliklər dövründə ölkələrimizin media sahəsində həmrəyliyi olduqca vacibdir

image-ad_qayo_720x110px

Qlobal böhranlar, bəşəriyyət qarşısında duran yeni sınaqlar və çətinliklər dövründə ölkələrimizin bir-birinə qarşılıqlı dəstək göstərməsi, o cümlədən media sahəsində həmrəyliyi nümayiş etdirməsi olduqca vacibdir.

AZƏRTAC xəbər verir ki, bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumunun iştirakçılarına müraciətində yer alıb.

Dövlətimizin başçısı dost ölkələrin ictimai-siyasi xadimlərini, kommunikasiya üzrə mütəxəssislərini, media nümayəndələrini bir yerə toplayan bu Forumun qlobal informasiya məkanında meydana çıxan yeni çağırışları müzakirə etmək və ortaq məqsədlərə çatmaq üçün səmərəli platforma olacağına inamını ifadə edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki