“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Ruanda Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Saziş 2025-ci il sentyabrın 20-də Bakı şəhərində imzalanıb.
Fərmana əsasən, Sazişin müddəalarının icrasını Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi təmin edəcək. Həmçinin qeyd edilir ki, Azərbaycan Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün tələb olunan dövlətdaxili prosedurların tamamlandığı barədə Ruanda Hökumətinə müvafiq bildiriş göndərməlidir.
DOĞRU.AZ




























