image-2000x150px
image-ybvtjzwh2omfdxu2rtl3ftbhoflh8booovqsbyvmbackend

Azərbaycanda nüvə enerjisi tətbiq olunan pambıq toxumlarından yüksək nəticə əldə olunub – FOTOLAR

image-728x90px

Azərbaycanda nüvə enerjisi tətbiq olunan pambıq toxumlarının əkinindən yüksək nəticə əldə edilib. Beyləqan rayonunda yerləşən Mil Təcrübə Stansiyasında mütəxəssislərin iştirakı ilə sınaqdan çıxarılan 7 növ mutant toxumların çıxışına baxış keçirilib. Gələcəkdə bu toxumların daha geniş sahədə əkilib becərilməsi planlaşdırılır.

Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Beyləqan Mil Təcrübə Stansiyasında həyata keçirilmiş yeni sınaq layihəsində məqsəd nüvə enerjisi və digər üsullardan istifadə ilə pambqıçılığın inkişafıdır. 2021-2024-cü illərdə  Azərbaycanda pambıqçılıqda məhsuldarlığın inkişaf etdirilməsi ilə bağlı Azərbaycan Resbublikasının Kənd Təsərrüfatı Nazirliyi və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında “Nüvə enerjisindən və digər üsullardan istifadə etməklə Azərbaycanda pambıq istehsalı üzrə Torpaq, Qida Maddələri və Su ilə bağlı Qabaqcıl Kənd Təsərrüfatı Təcrübələrinin (GAP) gücləndirilməsi” layihəsi çərçivəsində Pakistandanda gəlmə pambıq sortları xüsusi sahə dizaynı ilə əkilib.  Yeddi növ  pambıq toxumlarının səpini AEBA ekspertlərinin təklif etdiyi metodlarla aparılıb.

Layihədən əsas gözlənti Pakistandan gətirilmiş toxumların yerli iqlim şəraitinə uyğunlaşdırılması və məhsuldarlığı artırmaqdır. Bu toxumlar hesabına Pakistanda 55-60 sentner məhsularlıq olub ki, bu hədəf Azərbaycan üçün də uyğun sayılır. Sınaqdan çıxarılan sortlarının üzərində aparılan fenoloji müşahidələrdən aydın olub ki, “Cotton Super” sortunda və “BS 18” sortunda məhsuldarlıq kifayət qədər yüksəkdir. Bu sortların becərildiyi sahələrdəki kollarda qönçələmə və qoza vermə faizi daha yüksəkdir. Məhsul yığımı zamanı bu göstəricilər özünü doğruldarsa, daha geniş sahələrdə mutant toxumlardan istifadə edilməsi nəzərdə tutulub.

Layihənin həyata keçirilməsində digər məqsəd xəstəliklərə, quraqlığa dözümlü sortlların yaradılmasıdır. Layihənin daha səmərəli həyata keçirilməsi üçün Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutununa yeni avadanlıqlar da gətirilib. Həmin avadanlıqlar institutun biotexnologiya şöbəsində yerləşdirilib.

Sınaq  Beyləqanla yanaşı, Ucar və Samux təcrübə stansiyalarında da həyata keçirilib. 1,5  sahədə paralel olaraq pambıq toxumları əkilərək nəticələr müqayisə olunub. Pambıq kollarında yüksək nəticə müşahidə edilib.

DOĞRU.AZ

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki