Dağıstanın Buynaksk rayonunda baş verən atışma zamanı yaralananların sayı üç nəfərə çatıb.
Doğru.az xəbər verir ki, bu barədə Dağıstan Səhiyyə Nazirliyi məlumat yayıb. Nazirliyin açıqlamasına görə, hadisə nəticəsində üç nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Bildirilir ki, yaralılardan ikisi əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib, üçüncü şəxsə isə ambulator müalicə təyin edilib. Həkimlər onların həyatına təhlükə olmadığını qeyd ediblər.
Xatırladaq ki, daha əvvəl hadisə zamanı iki polis əməkdaşının davanı dayandırmağa çalışarkən yaralandığı və xəstəxanaya yerləşdirildiyi bildirilmişdi.
DOĞRU.AZ


























