Məhəmməd Bağır Qalibaf bildirib ki, İran ABŞ-ın enerji obyektlərinə edəcəyi hər hücuma çoxsaylı zərbələrlə cavab verəcək.
Doğru.az xəbər verir ki, o, sosial şəbəkədə paylaşımında “Bu, böyük səhv olar. Əgər onlar bir obyekti vursalar, qarşılığında bir neçəsini alacaqlar” sözlərini yazıb. Qalibaf əlavə edib ki, İran rəqiblərini ölkəyə qarşı təcavüzə görə peşman edəcək.
Xatırladaq ki, bundan əvvəl Donald Tramp potensial razılaşmanın pozulacağı təqdirdə İranın əsas infrastrukturuna zərbə endirilə biləcəyi ilə hədələmişdi.
DOĞRU.AZ


























