image-n1karobka_ads
image-123
image-17515270872214655390_1200x630backend

Azərbaycanda vergiödəyicilərinin sayı 4,8% artıb – FOTO

2025-ci il iyul ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 630 min 743 vergiödəyicisinin 86,9 faizi fiziki şəxslər, 13,1 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.

Dövlət Vergi Xidmətindən Doğru.az-a bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergiödəyicilərinin ümumi sayı 4,8 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,4 faiz, hüquqi şəxslərin sayı isə 7,7 faiz artıb.

Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,7 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,1 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və digər formalarda yaradılıb. İyul ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı ötən ilin eyni dövrünə nisbətən 8,1 faiz artaraq 197 min 38 vahid təşkil edib.

2025-ci ilin yanvar – iyun aylarında 6814 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 88,9 faizi yerli investisiyalı, 11,1 faizi xarici investisiyalıdır.

Kommersiya qurumlarının 85,3 faizi elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 96,6 faiz təşkil edib.

DOĞRU.AZ

image-17515270872214655390_1200x630 image-17515270871496432330_1200x630 image-17515270875280016471_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki