“Diqlas” ticarət mərkəzinin ərazisində yenidənqurma işləri başlayıb.
6 il əvvəl baş vermiş yanğın nəticəsində fəaliyyətini dayandıran “Diqlas” ticarət mərkəzinin yerində yeni bir ticarət mərkəzi inşa ediləcək.
Doğru.az bu barədə Xəzər TV-yə istinadla xəbər verir.
Özünü iş icraçısı kimi təqdim edən şəxs bildirib ki, hazırda sənədləşmə işləri aparılır və tikinti prosesi ilə bağlı hazırlıqlar görülür. Yeni ticarət mərkəzinin layihələndirilməsi və tikintisi istiqamətində aktiv işlər davam etdirilir.
DOĞRU.AZ