image-2000x150px
image-123
image-ads_atlas
image-e3b3e94f-0ef1-311c-a26c-aff77cdcdf3e_850backend

Azərbaycanın Aİ ölkələri ilə ticarət dövriyyəsinin dəyəri AÇIQLANDI

image-728x90px

2023-cü ildə Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri ilə ticarət dövriyyəsinin dəyəri 24 milyard 821 milyon 895 min ABŞ dolları təşkil edib.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 9,2 % azdır.

İl ərzində Azərbaycandan Aİ ölkələrinə 21 milyard 821 milyon 611 min ABŞ dolları dəyərində ixrac (1 il əvvələ nisbətən 12,7 % az), 3 milyard 84 min ABŞ dolları dəyərində idxal (illik 28,5 % çox) əməliyyatları həyata keçirilib.

Hesabat dövründə Aİ ölkələrinin Azərbaycanın ümumi ixracında payı 64,4 %, ümumi idxalında payı isə 17,4 % təşkil edib.

Bu dövrdə Azərbaycanın ən çox ticarət dövriyyəsi ardıcıl olaraq İtaliya, Almaniya, Yunanıstan, İspaniya və Çexiya ilə olub.

Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsinin dəyəri 15 milyard 685 milyon 970 min ABŞ dolları, o cümlədən ixracının dəyəri 15 milyard 208 milyon 67 min ABŞ dolları, idxalının dəyəri isə 477 milyon 903 min ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 13,4 %, o cümlədən ixrac 14,5 % azalıb, idxal isə 40,4 % artıb.

Ölkəmizin Almaniya ilə ticarət əməliyyatlarının dəyəri 1 milyard 824 milyon 413 min ABŞ dolları, o cümlədən ixracının dəyəri 907 milyon 992 min ABŞ dolları, idxalının dəyəri isə 916 milyon 421 min ABŞ dolları olub. İl ərzində ticarət dövriyyəsi 45,4 %, o cümlədən ixrac 53,6 %, idxal isə 38,1 % artıb.

Azərbaycanın Yunanıstan ilə ticarət dövriyyəsinin dəyəri 1 milyard 395 milyon 789 min ABŞ dolları, o cümlədən ixracının dəyəri 1 milyard 363 milyon 448 min ABŞ dolları, idxalının dəyəri isə 32 milyon 341 min ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 1,7 %, o cümlədən ixrac 2 % azalıb, idxal isə 14 % artıb.

Ölkəmizin İspaniya ilə ticarət əməliyyatlarının dəyəri 888 milyon 505 min ABŞ dolları, o cümlədən ixracının dəyəri 785 milyon 367 min ABŞ dolları, idxalının dəyəri isə 103 milyon 138 min ABŞ dolları olub. İl ərzində ticarət dövriyyəsi 19,5 %, o cümlədən ixrac 22,2 % azalıb, idxal isə 8,8 % artıb.

Azərbaycanın Çexiya ilə ticarət dövriyyəsinin dəyəri 767 milyon 269 min ABŞ dolları, o cümlədən ixracının dəyəri 684 milyon 215 min ABŞ dolları, idxalının dəyəri isə 83 milyon 54 min ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 22,5 %, o cümlədən ixrac 25,8 % azalıb, idxal isə 23,2 % artıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki