image-n1karobka_ads
image-123
image-26f69eb2-3fbb-3e90-8c56-1014d83ca36f_850backend

Azərbaycanın sərbəst güləşçiləri Avropa çempionatında yeni rekorda imza atıb

image-ad_qayo_720x110px

Azərbaycanın sərbəst güləşçiləri Macarıstanın Kaposvar şəhərində keçirilən U-15 Avropa çempionatında yeni rekorda imza atıb.

Doğru.az xəbər verir ki, qitə birinciliyində 9 (3 gümüş, 6 bürünc) medal qazanan milli komanda hesabında yalnız Gürcüstandan (155) geri qalıb. Avropa ikincisi olan yığmamız 145 xal toplayıb ki, bu da U-15 Avropa çempionatları tarixində sərbəst güləş üzrə millinin yeni rekordudur.

Qeyd edək ki, məşqçilər Namiq Quliyev, Elşad Allahverdiyev və Xəqan Süleymanovun rəhbərliyi altında Hüseyn İsmayılov (52 kq), İsa Yusibov (57 kq), Amin Nəsibov (85 kq) gümüş, Rəşid Nazarov (41 kq), Ruslan Əlizadə (44 kq), Həsən Həsənov (48 kq), Fərid Ağasızadə (52 kq), Nihad Abasov (62 kq) və Rəşad Veysəlov (68 kq) isə bürünc medal qazanıblar.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki