image-n1karobka_ads
image-123
image-img-20250424-wa0071backend

Azərbaycanın turizm potensialı Mərkəzi Asiyanın aparıcı turizm tədbirində təbliğ olunur – FOTO

Azərbaycanın turizm imkanları aprelin 23-dən 25-dək Almatı şəhərində Mərkəzi Asiya üzrə mühüm turizm tədbirlərindən olan Qazaxıstan Beynəlxalq Turizm Sərgisində (KITF-2025) nümayiş etdirilir.

Dövlət Turizm Agentliyindən Doğru.az-a bildirilib ki, tədbirdə ölkəni Azərbaycan Turizm Bürosu ilə yanaşı, ümumilikdə 11 yerli sənaye tərəfdaşı, o cümlədən “Azərbaycan Hava Yolları” (AZAL) QSC və “Şahdağ” Turizm Mərkəzi təmsil edir.

Milli stenddə ziyarətçilərə Azərbaycanın turizm məhsulları və xidmətləri təqdim olunur, Qarabağ və Şərqi Zəngəzur regionunun turizm imkanları tanıdılır, həmçinin “Konstitusiya və Suverenlik İli” çərçivəsində məlumatlandırma kampaniyası həyata keçirilir.

Sərgi zamanı Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə ilə Qazaxıstan Respublikasının mədəniyyət və idman nazirinin müavini Yerjan Yerkinbayev arasında görüş keçirilib. Görüşdə ikitərəfli münasibətlər və mümkün əməkdaşlıq məsələləri müzakirə olunub.

Həmçinin milli stendi Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov ziyarət edib.

Qeyd edək ki, 2025-ci ilin ilk rübündə Qazaxıstandan Azərbaycana səfər edən ziyarətçilərin sayında ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz artım müşahidə edilib.

DOĞRU.AZ image-img-20250424-wa0068image-img-20250424-wa0067 image-img-20250424-wa0070 image-img-20250424-wa0069 image-img-20250424-wa0066

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki