image-2000x150px
image-123
image-ads_atlas
image-17071381931022062619_1200x630backend

AzerGold” 2023-cü ildə KSM sahəsində 2 mükafata layiq görülüb

image-728x90px

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) 2023-cü ildə korporativ sosial məsuliyyət (KSM) sahəsində fəaliyyətini uğurla davam etdirib.

QSC-dən AZƏRTAC-a bildirilib ki, ötən ildə qurum tərəfindən təhsil, sağlamlıq, mikro sahibkarlıq, aqrar inkişaf, ekologiya, qadınların məşğulluğu, tarixi və mədəni irsə töhfə və digər istiqamətlər üzrə layihələr həyata keçirilib.

2023-cü il aprelin 11-də Heydər Əliyev Fondu ilə tərəfdaşlıq şəraitində Gəncə şəhərində regional Autizm Mərkəzinin rəsmi açılışı olub. Həmçinin ötən ilin aprel ayında Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi ilə birgə Daşkəsən rayonunda səyyar göz müayinəsi aksiyası keçirilib.

Ötən ilin iyul ayında isə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və Bakı Sağlamlıq Mərkəzi ilə birgə Daşkəsən rayonunda səyyar tibbi müayinə aksiyası təşkil edilib. Bundan başqa, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə birgə “Daşkəsən rayonunda arıçılıq təsərrüfatının inkişafına dəstək”, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi ilə birgə “Daşkəsən və Göygöl rayonlarında aqrar inkişafa dəstək”, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə birgə “Daşkəsən rayonunda qadınların məşğulluğunun artırılması” və digər layihələr uğurla icra edilib.

Ümumilikdə QSC-nin KSM sahəsində həyata keçirdiyi layihələr ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilib. Belə ki, ölkəmizdə autizm spektr pozuntulu uşaqların fərdi inkişafı istiqamətində 2022-ci ildən həyata keçirilən səmərəli fəaliyyətə görə “AzerGold” QSC-yə növbəti dəfə “Milli KSM Mükafatı” və ilk dəfə “Autizm dostu” mükafatı təqdim edilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki