image-n1karobka_ads
image-123
image-1694087810_mg_6659backend

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri xəttə buraxılacaq

Azərbaycan Dəmir Yolları QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını ödəmək üçün 9 və 11 may tarixlərində əlavə qatar reyslərini xəttə buraxacaq.

ADY-dən Doğru.az-a bildirilib ki, Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər etmək mümkün olacaq.

“Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz”, – deyə əlavə olunub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki