image-2000x150px
image-123
image-ads_atlas
image-4d4b0436-0834-35b3-9cae-d834b6af742b_850backend

Bakı-Quba yolunda piyada keçidinin inşası başa çatıb – FOTO

image-728x90px

M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 72,5-ci kilometrində piyada keçidinin tikintisi yekunlaşıb.

Doğru.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadla xəbər verir ki, layihə üzrə keçidin ümumi uzunluğu 48,6 metr, eni 3 metrdir. Yol səviyyəsindən hündürlüyü 5,5 metr olan keçid metal konstruksiyalıdır.

Layihə çərçivəsində piyada keçidinin ətrafında abadlaşdırılma işləri də icra olunub.

Müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək.

DOĞRU.AZ

image-f86b16b7-5b63-3cf1-9774-b26a84187699_850 image-17150771656470021190_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki