Bakının Qaradağ rayonunda 25 yaşlı gənc bıçaqlanıb.
1997-ci il təvəllüdlü Ağayev Əli Hüseyin oğlu mübahisə zəminində bıçaq xəsarəti alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
DOĞRU.AZ