image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-2023-02-26t192712-496backend

Bakıda baş verən dəhşətli yanğında ölən şəxs Ramiz Novruzun qohumu imiş

image-728x90px

Bu gün səhər saatlarında Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında baş verən dəhşətli yanğın zamanı vəfat edən şəxs Xalq artisti Ramiz Novruzun qohumu imiş.

Oxu.Az-ın məlumatına görə, bu haqda R.Novruzun qızı, stilist Şəfəq Novruzova məlumat yayıb.

O qeyd edib ki, yanğında dünyasını dəyişən şəxs – 1962-ci il təvəllüdlü sahibkar Razi Qasımov onun dayısıdır:

“Tikinti malları olan yerdəki yanğında cəmi bir nəfər rəhmətə gedib. O da mənim dayımdır. Doğma dayım. Anamın qardaşıdır. Bilmirəm, xəbəri anama necə deyim”.

Qeyd edək ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin ümumilikdə 20 ədəddən artıq xüsusi texnikası və 85 nəfərdən artıq canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki