image-n1karobka_ads
image-123
image-bicaqbackend

Bakıda yeznəsini qətlə yetirən şəxs saxlanıldı

Dekabrın 2-də saat 23:30 radələrində paytaxtın Nizami rayonu ərazisində 1978-ci il təvəllüdlü Rasim Zamanovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Nizami Rayon Prokurorluğundan verilən məlumata görə, aparılan araşdırmalarla 1980-ci il təvəllüdlü Həsən Həsrətovun aralarında yaranmış mübahisə zamanı qohumu Rasim Zamanova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Həsən Həsrətov iş üzrə şübhhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki