Baltikyanı ölkələrin prezidentləri Tallinndə keçirilən görüşdə bildiriblər ki, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Rusiya və Belarus idmançılarının 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarına məhdud şəkildə buraxılması ilə bağlı qərarı ləğv edilməlidir.
Bu barədə ERR dövlət televiziya və radio yayım portalı məlumat yayıb.
Estoniyanın rəhbəri Alar Karis “həm vətəndaş, həm də idmanı sevən insan kimi” Beynəlxalq Olimpiya Komitəsinin qərarını qəbuledilməz hesab etdiyini bildirib. Onun fikrincə, ləğv edilməlidir. Litva prezidenti Gitanas Nauseda onunla razılaşıb. O, “Ukraynadakı müharibənin kritik anlarında belə qərarların qəbul edilməsindən” təəssüfləndiyini bildirib.
Latviya prezidenti Edqars Rinkeviç həmkarları ilə razılaşaraq bildirib ki, Latviya Olimpiya Oyunlarını mümkün boykot etmək imkanını nəzərdən keçirməlidir.
Mənbə: NTV Spor